D vitamini sümüklərin sağlamlığı üçün vacibdir. O orqanizmdə günəş şüaları altında yaranır. Heyvan mənşəli ərzaqlar – yağlı balıq növləri, qaraciyər, kürü, yumurta və süd D vitamini ilə zəngin qida məhsullarıdır.
E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün lazımdır. O maddələr mübadiləsində iştirak edir və yağların həzm olunmasına kömək edir. Ən çox bitki mənşəli yağların tərkibində olur.
B qrupu vitaminləri karbohidratların həzmini tənzimləyir, qan-damar, mədə-bağırsaq və sinir sistemlərinin işinə təsir edir (şəkil 6). Bir çox dənli və paxlalı bitkilərin tərkibində B qrupu vitaminləri var.
İsti emal zamanı B qrupu vitaminlərinin 20–40%-i itir.
PP vitamini mədə-bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. PP vitaminlərinin mənbəyi ət məhsulları və dənli bitkilərdir.