Həmçinin bıçaqlı qəhvəüyüdənlər şnur üçün xüsusi bölmə ilə təchiz edilib. İşi bitirdikdən sonra şnur bölməyə yığılır ki, bu da çox əlverişlidir.
Dəyirmandaşlı qəhvəüyüdənlər başqa prinsiplə işləyir: cihaza quraşdırılmış konus və ya silindrşəkilli dəyirman daşları dənəcikləri sürtüb üyüdür. Dəyirman daşları yüksək möhkəmliyə malik materiallardan hazırlanır. Bunun üçün paslanmayan poladdan və ya titan örtüklü metal ərintilərindən istifadə edilir. Bıçaqlı qəhvəüyüdənlərdən fərqli olaraq, dəyirmandaşlı qəhvəüyüdənlər iki konteynerlə təchiz edilib: konteynerlərdən biri qəhvə dənəcikləri üçün, digəri üyüdülmüş qəhvə üçün nəzərdə tutulub.
Dəyirmandaşlı qəhvəüyüdənlərin gücü bıçaqlı qəhvəüyüdənlərinkindən çoxdur, lakin bu, sürətə təsir etmir.
TƏHLÜKƏSİZLİK VƏ SANİTARİYA QAYDALARI |
1. Elektrik ətçəkən maşınının istifadəsinin uzunmüddətli olması üçün ətqəbulediciyə ətlə birlikdə sümük atmayın. Həmçinin, yaxşı olar ki, əti orta böyüklükdə və mümkün qədər üzərində az miqdarda damar olan tikələrlə ətçəkən maşına daxil edəsiniz. Bu, bıçaqları yeyilmədən və həmçinin elektrik mühərrikini yüklənmədən qoruyacaq.
2. Bıçaqlar iti olmalıdır. Bu, mühərrikə düşən gücü azaldacaq və ətçəkən maşının istismar müddətini artıracaq.
|
1. Ətçəkən maşın nə üçün nəzərdə tutulmuşdur?
2. Ətçəkən maşın neçə cür olur? 3. Mexaniki ətçəkən maşını hansı elementlərdən ibarətdir? 4. Mexaniki ətçəkən maşının iş prinsipini izah edin. 5. Qəhvəüyüdən nə üçün nəzərdə tutulmuşdur? 6. Qəhvəüyüdən neçə cür olur? |