4. Təhlükəsizlik üçün məişət elektrik ətçəkən maşını, adətən, daha dar və uzun ətqəbuledici boğaza malikdir və onların dəstinə barmaqların şnekə düşməsinin qarşısını alan itələyici daxildir.
|
Qəhvəüyüdən na üçün lazımdır və onun iş prinsipi nədən ibarətdir?
|
Qəhvəüyüdən qəhvə dənələrini üyütmək üçün qurğudur. Məişətdə əl və elektrik qəhvəüyüdənlərindən istifadə edilir (şəkil 2).
Qəhvəüyüdənin seçilməsi onun fəaliyyəti prinsipindən başlayır. Mexaniki qəhvəüyüdən əl gücü və dəyirmanın köməyi ilə dənələrin astaüyüdülmə prinsipindən istifadə edərək işləyir. Dadbilmə qabiliyyəti yüksək olan adamlar iddia edirlər ki, mexaniki qəhvəüyüdəndə üyüdülən qəhvə elektrik qəhvəüyüdənində üyüdüləndən daha ləzzətli olur. Çünki üyüdülmə zamanı qəhvə dənələri istinin təsirinə az məruz qalır. Deməli, üyüdülmüş qəhvənin ətri və xüsusiyyətləri itmir. Adi əl qəhvəüyüdəni (şəkil 3) aralarındakı məsafə xüsusi vintin köməyi ilə dəyişdirilə bilən iki dəyirman daşından ibarətdir.
Vint nə qədər çox burulubsa, dəyirman daşları arasındakı məsafə bir o qədər az olur və üyütmə daha narın olur. Dənləri iki dəyirman daşı arasına qıfla tökürlər, dəyirman daşlarından biri sərt bərkidilmişdir, digəri isə dəstəyin köməyi ilə fırlanır.