Ət ətqəbuledicidən şnekli konveyerə daxil olur, onun köməyi ilə tora sıxılır və sonra isə torun səthi ilə sürüşən bıçaqla kəsilir. Ətçəkən maşının ətqəbuledicisindəki tillər vasitəsilə şnek boyu keçmək üçün çox böyük ət parçasından kiçikölçülü tikələr kəsilir. Ətçəkən maşında ərzaqların xırdalanması fasiləsiz baş verir: ərzaq ətqəbuledicisinə qoyulur və tordan çıxır.
|
Elektrik ətçəkən maşını hansı göstəricilərinə görə mexaniki ətçəkən
maşını üstələyir?
|
1. Elektrik ətçəkən maşını əti mexaniki ətçəkən maşına nisbətən daha tez xırdalayır, bu zaman vaxta qənaət edilir.
2. Elektrik ətçəkən maşını ətdə olan damarların öhdəsindən asanlıqla gəlir. Adi ətçəkən maşında isə bəzən toru açmaq, bıçağı çıxartmaq, bıçağa dolaşmış damarları təmizləyib yenidən yığmaq lazım gəlir.
3. Elektrik ötürücüsü olan ətçəkən maşının işləməsi üçün onları masaya kip bərkitmək lazım gəlmir. Onlar, sadəcə masanın üstünə qoyulur və şəbəkəyə qoşulur.