Hər bir şagird mədəni ünsiyyət və davranış qaydalarını bilməli və bu qaydalara riayət etməlidir.
|
Davranış və ünsiyyət qaydaları hansılardır?
|
Ümumi davranış qaydaları:
• Şagird məktəbə təmiz və səliqəli məktəbli geyimində gəlməlidir;
• Dərsin başlanmasına 15–20 dəqiqə qalmış məktəbdə olmalı, lazımi dərs vəsaitlərini hazırlamalı və öz iş yerini tutmalıdır;
• Dərs zamanı müəllimin icazəsi olmadan məktəbi və məktəb ərazisini tərk etməməlidir. Dərsdə iştirak etmədiyi halda sinif rəhbərinə tibbi arayış və ya valideynləri (onları əvəz edən şəxs) tərəfindən yazılmış izahat təqdim etməlidir. Üzrlü səbəb olmadan dərs buraxmamalıdır;
• Şagird özündən böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır;
• Məktəbdə və məktəbdən kənarda özünü mədəni və nəzakətli aparmalıdır.
Dərs zamanı davranış qaydaları:
• Müəllim sinfə daxil olanda şagirdlər salamlaşmaq üçün ayağa qalxır və yalnız müəllim onlarla salamlaşıb oturmağa icazə verdikdən sonra otururlar. Eyni qayda ilə şagirdlər dərs zamanı sinfə daxil olan digər böyükləri salamlayırlar;
• Dərs zamanı səs salmaq, kənar işlərlə məşğul olub dərsdən yayınmaq və dostlarını bu işə cəlb etmək olmaz;
• Əgər dərs zamanı şagird sinifdən çıxmaq istəyirsə, bunu müəllimin icazəsi olmadan edə bilməz;
• Əgər şagird müəllimə sual vermək və ya müəllimin sualına cavab vermək istəyirsə, əlini qaldırmalıdır;
• Hər bir dərsin keçirildiyi kabinetdə şagird öz iş yerinin təmizlik və səliqəsinin qorunmasına cavabdeh olmalıdır;
• Şagird dərs zamanı müəllimin tələblərini yerinə yetirməyə çalışmalıdır;