Elektrik enerjisi yanacağın və yüksəklikdən tökülən suyun enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyalarında istehsal olunur. Gündəlik həyatda elektrik enerjisindən evlərin, küçələrin, müəssisələrin və s. işıqlandırılmasında və bir çox digər məqsədlərlə istifadə olunur. Elektrik enerjisindən istifadə həyatımızın bir hissəsini təşkil edir. Elektrik enerjisi yanacaq və su mənbələrinə yaxın yerlərdə hasil olunur.
|
Bəs elektrik enerjisi necə ötürülür və harada istifadə edilir?
|
Qeyd etmək lazımdır ki, elektrik enerjisi böyük məsafələrə ötürülən zaman elektrik itkisi baş verir. Məsələ burasındadır ki, cərəyan elektrik ötürücüsü olan naqillərlə axdıqda onları qızdırır. “Fizika” fənninin tədrisi zamanı tanış olacağınız Coul-Lens qanununa əsasən naqillərin qızmasına sərf olunan enerji xətlərin müqavimətindən də asılıdır.