Kəsmə sürətinin mişara edilən təsirdən asılı olmaması üçün elektrik mühərrikinin səmərəli gücü xüsusi elektron tənzimləyici ilə tənzimlənir.
TƏHLÜKƏSİZLİK QAYDALARI |
1. Bərk səthlərlə və qatı (özlü) materiallarla işlədikdə gücü çox olan dreli iki əllə tutmaq lazımdır.
2. Drelin pərçimlənməsinə yol verməmək üçün onu bərk sıxmaqla gücə salmaq olmaz.
3. Dreldən istifadə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır.
4. Mühərrik işləyərkən reversin* çevirici açarından istifadə etmək qadağandır.
|
1. Drel hansı işləri görmək üçün nəzərdə tutulmuşdur?
2. Siz hansı drel növlərini tanıyırsınız? 3. Drellə işləyərkən hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır? 4. Elektrik dreli ilə materialın emalının hansı növlərini yerinə yetirmək olar? 5. Şurupfırladan nə üçün nəzərdə tutulmuşdur? 6. Elektrik lobzik bıçqısının iş prinsipi nədən ibarətdir? |
|
PRAKTİK İŞ
ODUNCAQ PƏSTAHDA ELEKTRİK DRELİ
VASİTƏSİLƏ DƏLİKLƏRİN BURĞULANMASI |