Onun əsasını elektrik mühərriki təşkil edir. O, valın köməyi ilə fırlanmanı reduktora ötürür. Reduktor isə, öz növbəsində, mühərrikin böyük sürətlə fırlanmasını dərhal dayandırır. Elə bunun
hesabına, patronun fırlanan elementinin dövrlər sayını artırmağa nail olur.Döyəcləyicisi olan drellər hazırda elektrik drelinin ən məşhur növü hesab olunur. Onlar iki rejimdə işləmək imkanına malikdir: burğulama və döyəcləyərək burğulama.
Döyəcləyicisi olan drel kərpic, beton, daş, metal, ağac, plastik kütlə kimi materiallarda deşik açmaq üçün elektrik alətidir. Döyəcləyicisi olan drel döyəcləmə mexanizminə malikdir. Drelin döyəcləmə funksiyası gücə, vaxta qənaət edir və elə bu da məhsuldarlığı artırır (şəkil 2).
Elektrik drelindən istifadə edərək materialın bir neçə növ emalını yerinə yetirmək olar. Bunlardan bəzilərinin yerinəyetirilmə texnologiyasına baxaq:
İtiləmə. Elektrik dreli xüsusi tərtibat və məngənə ilə masaya bərkidilir. Drelin patronunda uyğun itiləyici yerləşdirilir. Bu itiləyici çarxda müxtəlif alətləri, məsələn, bıçağı itiləmək mümkündür.
Cilalama. Rezin çarxa vintlə bərkidilmiş mineral zərrəcikli dairənin köməyi ilə cilalama həyata keçirilir. Cilalayıcı dairəni patronda rezin disk üçün nəzərdə tutulmuş xüsusi quyruqcuqla bərkidirlər.
Təmizləmə. Təmizləmə elektrik drelinin patronuna qoyulmuş dairəvi metal şotka ilə həyata keçirilir. Belə şotka ilə o qədər də böyük səthi olmayan müxtəlif dəmir məmulatları təmizləmək olar. İstənilən metal şotka ilə işləyərkən mütləq qoruyucu eynəkdən istifadə etmək lazımdır.
Şurupfırladan (şəkil 3) şurupların burularaq bağlanması və açılması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq deşikaçma funksiyası ilə təchiz edilmiş drel şurupfırladan adlanır. Şurupfırladanların tikintidə və məişətdə istifadəsi çox lazımlıdır. Bu alətin köməyi ilə mebeli daha tez və rahat yığmaq olar. Uyğun ucluqlardan istifadə edilsə, belə drellə şuruplardan əlavə kiçik qayka və boltları da açmaq və bağlamaq olar. Bu drel xarrat işləri üçün də çox rahatdır.