Sol əl isə yeyənin kənarından 20–30 mm geri olmaqla yeyənin burnuna qoyulur.
Paralel müstəviləri yeyələyən zaman, əvvəlcə əsas götürülən bir müstəvini tam emal edir, sonra digər müstəvinin ölçülərini nişanlayır və onu yeyələyirlər.
Pəstahları emal edən zaman vaxtaşırı yeyənin hərəkət istiqamətini dəyişmək lazımdır. Məsələn, böyük emal payı çıxarmağa imkan verən eninə yeyələnmənin (şəkil 4, a) tətbiqindən sonra, emal olunan səthin düzxətliliyini təmin edən uzununa yeyələnmə (şəkil 4, b) tətbiq olunmalıdır.