TƏHLÜKƏSİZLİK QAYDALARI |
1. Məmulatları yalnız taxta altlıq üzərində boyayın.
2. Həlledicilərin və boyaların əl və üz dərisinə düşməsindən qorunun.
3. Məmulatları qızdırıcı cihazların yanında rəngləməyin və boyanı bu cihazların yanında saxlamayın.
4. Oduncaq və metal məmulatların rənglənməsi üzrə işləri havası tez-tez dəyişdirilən otaqlarda yerinə yetirin.
5. Məmulatı rənglədikdən sonra əlləri sabunla yuyun.
6. Yalnız istifadəsinə icazə verilən boyalardan istifadə edin.
|
1. Məmulatın bəzədilməsi nə deməkdir?
2. Oduncaq və metaldan olan məmulatları nə üçün rəngləyirlər? 3. Oduncaq və metal məmulatlar rəngləməyə necə hazırlanır? 4. Məmulatlar nə ilə və necə rənglənir? 5. Məmulatları pasdan qoruyan hansı örtmələri tanıyırsınız? 6. Metal və oduncaq məmulatların bəzədilməsi arasındakı fərq nədən ibarətdir? |
|
PRAKTİK İŞ
ODUNCAQ VƏ METAL MƏMULATLARIN
BOYA İLƏ RƏNGLƏNMƏSİ |
Resurslar: Oduncaq və metal parçası, məxməri yeyə, sumbata kağızı, boya,fırça
1. Oduncaq və metal məmulatların səthini məxməri yeyə və cilalayıcı sumbata kağızı ilə təmizləyin.
2. Uyğun boya və fırça seçin.
3. Seçdiyiniz məmulatm səthini rəngləyin.
4. İşin keyfiyyətini (bütün yerlərin rənglənməsini, layların bərabər yaxılmasını, boya axıntılarının olmamasını) yoxlayın və məmulatın xarici görünüşünü qiymətləndirin.
5. Fırçanın qurumaması üçün onu həlledicidə təmizləyib saxlayın.