Asma kilid. Asma kilidlər (şəkil 3,a) daha geniş yayılmışdır. Bu, asma kilidlərin quraşdırılmasının və istismarının asan olması ilə əlaqədardır. Bu növ kilidlər qarajların, anbarların darvazalarına, tövlə və digər yardımçı təsərrüfatların qapılarına, hasar darvazasına uyğun gəlir.
Bütün asma kilidlərin quruluşu eynidir. Onlar üç elementdən: gövdə; gizlilik mexanizmi və bağlayıcı element olan qövsdən ibarətdir (şəkil 3, b).
Gövdə kilidin əsasını təşkil edir. Gövdədə məxfilik mexanizmi yerləşir və qövs bərkidilir (bir və ya iki nöqtədə). Gövdə məxfilik mexanizminin və qövsün davamı olaraq bağlanma elementlərinin bir hissəsinin qorunması rolunu oynayır.
Məxfilik mexanizmi kilidin əsas hissəsidir. O, kilidin qövsünün bağlı vəziyyətdə saxlanmasını təmin edir və icazəsiz açılmasının qarşısını alır.
Kilidləmə elementi polad qövsdür. Onun köməyi ilə kilid bərkidilir və qapıların kilidlənməsi təmin edilir. Bir qayda olaraq, qövs bəndə taxılır. Bəndin daşınan (qapı, qapaq) və sabit elementində (qapı çərçivəsi) yerləşdirilmiş deşiyi olur.
TƏHLÜKƏSİZLİK QAYDALARI |
1. Oyub yerləşdirmə zamanı kilidin bağlayıcı mexanizminin zədələnməsinə saz olmayan alətlərin istifadəsi səbəb ola bilər. Çəkicin metal hissəsi dəstəkdə kip oturmalı, iskənənin tiyəsi iti olmalıdır.