İnteryerə əşyaların bərkidilməsi müxtəlif materiallardan, məsələn, plastik və metaldan hazırlanmış dübellər* (tıxac), şuruplar, özünə yivkəsən şuruplar, müxtəlif quruluşlu ankerlər** vasitəsilə həyata keçirilir (şəkil 3).
Bərkitmə yerini təyin edərkən onun yaxınlığında heç bir armatur və ya elektrik naqilinin olmadığına əmin olmaq lazımdır. Çünki dəlikləri burğuladıqda divarda yerləşdirilmiş görünməyən elektrik naqilləri zədələnə bilər.
Gizli elektrik xəttini tapmaq üçün müxtəlif cihazlardan istifadə olunur. Ən çox yayılmış cihaz “gizli şəbəkə siqnalizatoru”dur*** (şəkil 4).
Şəkil 4. Gizli şəbəkə
siqnalizatoru |
Şəkil 5. Əşyanın kərpic divara bərkidilmə ardıcıllığı:
a - dəlik burğulanır; b - dübel dəliyə quraşdırılır; c - şurup bağlanır; ç - əşya bərkidilir |
Onun köməyi ilə qalınlığı 5–7 sm suvaq altında olan elektrik kabellərini aşkar etmək mümkündür. Bərkidiciləri seçərkən divarın tikildiyi materialın növünü nəzərə almaq lazımdır. Kərpicdən, betondan, alçıpandan olan divarlarda bərkitmə üsulunu düzgün seçmək lazımdır.
Kərpic divara tıxac və şurupdan ibarət mismar dübeli quraşdırılır (şəkil 3, b). “Tıxac” adlanan hissəsi neylondan olan dübel daha etibarlıdır. Dübelin forması da çox əhəmiyyətlidir. Kərtiklər nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Dübelin daxilinə diametri və yivinin addımı dəlikdəki yivə uyğun gələn şurup burulur (şəkil 5).