Geyimin istismar müddətini artırmaq üçün səliqə ilə geyinmək, təmizliyinə diqqət yetirmək lazımdır. Hər kəs geyimi təmir etməyi bacarmalıdır.
|
Geyimin təmirinə nə aiddir?
|
Geyimə vaxtında nəzarət etmək lazımdır. Tikiş məmulatlarının təmiri və bəzədilməsi xüsusi bacarıqlara yiyələnməyi tələb edir. Bu bacarıqlara furniturların tikilməsi aiddir.
|
Furnitur nədir?
|
Furnitur – tikiş sənayesində istifadə edilən köməkçi məmulatlardır. Aşağıda tikiş furniturlarının növləri göstərilmişdir (şəkil 1).