• Naxıştikmə zamanı iş yeri yaxşı işıqlandırılmalıdır, amma işıq gözləri qamaşdırmamalıdır. Yaxşı olar ki, işıq sol tərəfdən düşsün.
• Gözlər və barmaqlar yorulmasın deyə, hər 30 dəqiqədən bir fasilə vermək lazımdır. Naxıştikməni başqa işlə növbələşdirmək daha məqsədəuyğundur.
• Məmulatı çirkləndirməmək üçün işdən əvvəl əlləri yumaq lazımdır.
• Sapı dişləyərək qırmaq olmaz. Bu məqsədlə qayçıdan istifadə edilməlidir.
|
1. Naxıştikmədə hansı alət və tərtibatlardan istifadə edilir?
2. Hesab naxıştikməsində hansı parçadan istifadə eddir və nə üçün? 3. Naxıştikmə üçün sxem özündə nəyi əks etdirir? 4. Naxıştikmə üçün parçanın kənarları hansı üsulla düzəldilir? 5. Nə üçün naxıştikməni hazır məmulatda yox, gələcək məmulatın detalının üzərində yerinə yetirmək daha yaxşıdır? 6. Parçanın və ya sapın rənginin davamlılığını necə yoxlamaq olar? 7. Qara parçaya şəklin köçürülməsi üçün hansı rəngdə surətçıxarma kağızı daha uyğun olar? Bəs ağ parçaya? |
|
PRAKTİK İŞ
ÇARPAZ NAXIŞTİKMƏ
|