Şəklin parçaya köçürülməsi
Kitabdan şəkli necə köçürmək lazım olduğunu yadınıza salın. Əgər bunu nə vaxtsa etmisinizsə, dərhal ən sadə üsulu təklif edəcəksiniz – surət çıxaran kağızın köməyi ilə. Amma şəkli birbaşa kitab və ya jurnaldan köçürmək əlverişlidirmi? Burada kalka və ya başqa şəffaf kağız kömək edə bilər. Bu məqsədlə rəngli surətçıxartma kağızı dəsti almaq və onu parça ilə işləmək üçün istifadə etmək olar (şəkil 7). Şəkli köçürməzdən əvvəl parçaya hansı rəngdə surətçıxarma kağızının uyğun gəlməsi haqqında tədqiqat aparın. İşi bitirdikdən sonra naxışların altından surətçıxarma kağızının izlərinin görünməməsi üçün nə etmək lazım olduğu haqqında fikirləşin.
TƏHLÜKƏSİZLİK VƏ SANİTARİYA QAYDALARI |
• İynə və sancaq işdən əvvəl və sonra sayılmalıdır. İynə və sancaq insan üçün təhlükəli olduğuna görə onların yerində olduğuna əmin olmaq lazımdır.
• Sancaqlar üç dəfə deşməklə məmulata elə salınır ki, uclan mümkün qədər parçanın qatları arasında qalsın.
• Məmulata batırılmış sancaqların ucları eyni tərəfə yönəlməlidir.
• İş zamanı qayçılar masa üzərində, əl altında, tiyələri bağlı vəziyyətdə və ya iş qutusunda olmalıdır.
• Sıx parça üzərində naxıştikmə zamanı işlək əlin orta barmağına oymaq taxmaq lazımdır.