Ucları əyri olan xırda qayçı (şəkil 2,c) iş saplarının kəsilməsi, xüsusi naxıştikmə üsullarının yerinə yetirilməsi, parçanın emal edilməsi üçün əlverişlidir.
İş masasının üzərində hansı qayçıların olmasına nəzər yetirin. Çatışmayan alətləri haradan əldə etməyin mümkünlüyü haqqında fikirləşin.
Kərgah – naxıştikmə zamanı parçanı bərkitmək və dartmaq üçün xüsusi tərtibatdır (şəkil 3). Kərgah dairə və kvadrat şəklində taxtadan, plastik kütlədən, metaldan olur. Kiçik məmulatların naxıştikməsi üçün dairəvi kərgahlar daha rahatdır.
Kərgah düz, eyni dartılmış tikişləri yerinə yetirməyə kömək edir. Həmçinin naxıştikmə üçün sancaqlar, metrə, xətkeş, trafaret üçün qalın kağız və karton, kalka kağızı*, millimetrli kağız, surət çıxartmaq üçün qara kağız, sadə karandaşlar (bərk və yumşaq – onların üzərində TM nişanlanması vurulub) lazım ola bilər.
Hesab naxıştikməsi üçün hamar quruluşlu, məsələn, müxtəlif rəng və çalarlı muline, yun və yarıyun saplar istifadə edilir. Naxıştikmə saplarının qalınlığı parçanın sıxlığına və tikişin ölçüsünə uyğun seçilir.
Kərgaha yerləşdirərkən parçanı yaxşı dartmaq lazımdır. Vintlə bərkidilən iki taxta halqa şəklində olan kərgahdan istifadə etmək daha məqsədəuyğundur.
Naxış tikmək üçün sxem – üzərinə şərti işarələrin köməyi ilə və ya rənglə təsvir çəkilmiş damalı kağız vərəqidir (şəkil 4).
Naxıştikməyə hazırlıq
Naxıştikmə texnikasına yiyələnmək üçün onun bütün mərhələlərini və tərkib hissələrini bilmək lazımdır. Bu, parça və sapların hazırlanması, şəklin