|
Naxıştikmə zamanı hansı alət və tərtibatlardan istifadə edilir?
|
Bədii yaradıcılığın ən qədim növlərindən biri naxıştikmədir. Xalq naxıştikmələrində hesab tikişi üsulu geniş yayılmışdır.
Hesab naxışını yerinə yetirmək üçün əris və arğac sapları eyni sayda olan kətan parça lazımdır. Belə parçaların saplarının qalınlığı eyni olduğu üçün naxış tikişlərinin eyni ölçüdə və bərabər ara məsafədə yerinə yetirilməsi mümkün olur. Naxıştikmə zamanı parçanın saplarını daim saymaq lazım gəlir. Bu da gözlərin çox gərgin işləməsini tələb edir.
Kanva* üzərində, yəni torquruluşlu parçada naxış tikmək daha asandır. Belə parçanın müxtəlifölçülü gözləri (damaları) ola bilər. Parçanın 1 sm-nə nə qədər çox tikiş düşərsə, bir o qədər çətin və kiçikölçülü iş alınar.
Naxış tikmək üçün olan iynə sap az sürtülsün deyə qısa və böyük deşikli olmalıdır.
İynəsaplayan sapı iynəyə keçirmək üçün xüsusi alətdir (şəkil 1). Onunla sapı iynəyə daha rahat keçirmək olur.
Şəkil 1. İynəsaplayan | Şəkil 2. Qayçılar: a) böyük dərzi qayçısı; b) ortaölçülü qayçı; c) əyriuclu xırda qayçı |
Oymaq – işlək əlin orta barmağını iynə zədələnməsindən qoruyur, sıx parçanı deşməyə kömək edir. İşləmək rahat olsun deyə, oymaq barmağın ölçüsünə görə seçilir.
Naxıştikmə zamanı müxtəlifölçülü qayçılardan istifadə etmək əlverişlidir.
Böyük dərzi qayçısı (şəkil 2, a) məmulatın biçilməsi üçün lazımdır. Ortaölçülü qayçı (şəkil 2, b) məmulatın kənarlarının emalı və sapların kəsilməsi üçün lazımdır.