2. Daxili bucaqlarda emal payını tikişə yaxın yerdə yarmaq (şəkil 10, a).
3. İçəri qatlanmış daxili kontur boyu emal payını tikişə yaxın eyni məsafələrdə bir neçə dəfə yarmaq (şəkil 10, b).
4. Qayçı ilə xarici kontur boyu üçbucaqşəkilli kəsmələr yerinə yetirmək (şəkil 10, c).
Calama – xırda detalların iri detallarla birləşdirilməsidir.
Calama üçün nişanlanmış tikiş xətti üzrə düz, dəqiq tikiş lazımdır. Tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetirmək– əks istiqamətdə 3–4 tikişarası getmək və ya düyünləmək lazımdır (şəkil 10, ç).
|
1. İlməkləmə nə deməkdir?
2. Tikiş maşınında ilməkləmə necə yerinə yetirilir? 3. Tam tikmə nə deməkdir? 4. Xətt üzrə tikmə dedikdə nə başa düşülür? 5. Əks tərəfə tikmə nə deməkdir? 6. Sırıma dedikdə nə başa düşülür? 7. Baxyalama nə deməkdir? |