Luvrda elə eksponatlar var ki, muzeyə qədəm basan hər kəs öncə məhz onları görməyə can atır. Həmin sənət əsərləri bənzərsiz sayılır və bütün dünyada tanınır.
Rəngkarlıq tabloları arasında Leonardo da Vinçi fırçasından çıxmış “Mona Liza” (“Cokonda”) portreti Luvrun və dünya incəsənətinin ən dəyərli incilərindən sayılır. 1804-cü ildə Napoleona məxsus muzeyin Böyük Qalereyasında sərgilənmiş tablo o zamandan muzeyin daimi nümayiş etdirilən nadir eksponatlarındandır.
“Mona Liza” (“Cokonda”),
Leonardo da Vinçi.
Əsəri mühafizə edən şüşə
“sarkofaq” ------------>
Luvr dünyanın ən məşhur muzeylərindən biridir. Fransa krallarının sarayı olmuş bu qəsr həm də məşhur memarlıq abidəsidir. Yerli əhali Luvru Fransa mədəniyyətinin simvolu hesab edir.
Sərbəst iş üçün tapşırıqlar.