1190-cı ildə Sena çayı sahilində kral II Filipp Avqustun qərarına əsasən Luvr adını almış qəsr ucaldıldı. Əvvəllər qəsrdən xəzinə, cəbbəxana və arxiv sənədləri saxlanılan məkan kimi istifadə edirdilər. Sonralar isə Luvr qəsrində təsviri sənət əsərlərindən ibarət qalereya yaradıldı.
Hazırda Luvr muzeyində 400 min eksponat - tablolar, heykəllər, dekorativ-tətbiqi sənət və zərgərlik məmulatları saxlanılır.
Luvrun kolleksiyasına qədim mədəniyyətlərin yaranma tarixini vurğulayan nadir eksponatlar daxildir. Bu eksponatlar arasında Assuriya saraylarına məxsus barelyeflər, Misir rəngkarlıq nümunələrinə dair nadir əsərlər və bu kimi qədim mədəniyyət inciləri var.
Roma Milli Muzeyinin xarici divarları
qapısındakı ekspozisiyanın fraqmenti
Luvrun interyeri, 1792.
Paris, Fransa
Luvr muzeyi ərazisində yerləşən iyirmi dörd zalda Mesopotamiya (İkiçayarası), Assuriya, İran, Suriya mədəniyyətlərinə aid çox dəyərli sənət əsərləri toplanmışdır.