Qiymətli daş və metallardan hazırlanan məmulatların adına qədim yunan mənbələrində də rast gəlinir. Yunanlar zümrüd, ametist, yaqut və mirvari kimi qiymətli daşlardan istifadə etməklə müxtəlif formalı zərgərlik əşyaları yaradırdılar.
Qədim yunan mədəniyyəti ilkin inkişaf mərhələsində Qədim Misir mədəniyyətinin təsiri altında idi.
Qədim yunan zərgərlik nümunələri
1. Qızıl pektoral.
2. Heraklın başı təsvir olunmuş qızıl lövhə.
3. Döyüş səhnələri təsvir olunmuş qızıl daraq.
4. Qızıl sancaq.
5. İlan formalı qızıl qolbağı
Azərbaycanda zərgərlik sənəti qədim və zəngin ənənələrə malikdir. Bizim dövrümüzə gəlib çatmış çoxsaylı bəzək əşyaları qədim Azərbaycan zərgərlərinin yüksək sənətkarlıq səviyyəsinin göstəricisidir. Xalqımıza məxsus bəzək əşyaları qadın geyim dəsti ilə bilavasitə əlaqəli idi. Zərgərlik əşyaları geyimi tamamlayır, milli çalarları artırır, geyimə bədii dolğunluq və estetik gözəllik verirdi.
Qiymətli materiallardan düzəldilmiş və yüksək bədii dəyərə malik olan zərgərlik məmulatları müxtəlif texniki emal üsullarından istifadə etməklə hazırlanırdı.