Sərbəst iş üçün tapşırıqlar (quaş, akvarel, A3 formatlı rəsm vərəqi).
- Qədim yunan keramikasından ibarət natürmortu nisbi dəqiqliklə
çəkin. Qabları bəzəyərkən verilmiş naxışlardan istifadə edə bilərsiniz.
- İstənilən formaya malik qab çəkin. Üzərində qarafiqurlu və yaxud qırmızıfiqurlu
üslublarda olan ornament və ya süjet təsvir edin.
Nə öyrəndiniz
Açar sözlər
Keramika
Ornament
Həndəsi üslub
Qırmızıfiqurlu üslub
Qədim yunan dulusçuluq sənətində üç ... qab rəngkarlığı
mövcud idi. Ən qədim üslub ... idi. Ən nəfis
və mükəmməl üslub ... idi. Dulusçu dəzgahında
formalaşan qablar ... ilə bəzədilirdi.
Öyrəndiklərinizi yoxlayın
1. Qarafiqurlu üslub nə vaxt və harada yaranmış və inkişaf etmişdir?
2. Qədim yunan sənətkarları tərəfindən bəzədilən qabların ornamentləri necə
adlanırdı?