Bu maraqlıdır. Gil — insanın istifadə etdiyi ilk materiallardan biridir.
Ocaq külünü təmizləyən insan istinin təsirindən daş kimi bərkimiş gil
parçası görür. Bu onun daim məişət məmulatları hazırladığı giltorpaq
idi. Elə o zamandan insanlar gil məmulatlara möhkəmlik vermək
üçün onları “bişirməyə” başladı.
Ovçumuzun içində saxsı (gil) qabı bir müddət saxlasaq, əlimizin hərarətindən
qab qızar. Belə ilıqlıq bizdə rahatlıq, dinclik hissi yaradır. Bu
ona görə baş verir ki, gil mənfi enerjini özünə hopdurur, bizə isə kosmos,
Günəş, külək və suyun enerjisini ötürür.
Keramika (yunanca “keramos” - gil) - gil, qum və digər təbii materialların
qarışığından hazırlanan məmulatlara deyilir.
Mixi yazılar — Qədim Mesopotamiya sakinlərinin nazik ağac çöpü ilə yumşaq
gil üzərində cızılan yazıları.
Öyrəndiklərinizi tətbiq edin
Sərbəst iş üçün tapşırıqlar (gil, plastilin və ya duzlu xəmir).
Məişətdə vacib sayılan hər hansı bir sadə qabı yapın. Onun yaraşıqlı görünməsi
üçün üzərini ornamentlərlə bəzəyin, yaxud cızaraq qısa, məzmunlu
sözlər yazın. Bu zaman nəbati və ya həndəsi naxışlara yanaşı
süjetli rəsmlərdən, atalar sözündən də istifadə edin.
Müxtəlif mənbələrdən istifadə edərək keramikanın xüsusiyyət və
növləri haqqında təqdimat hazırlayın.
Nə öyrəndiniz
Açar sözlər Dulusçuluq
Mixi yazılar
Gil lövhə
Naxış
... - ən qədim xalq sənətkarlığı növlərindən sayılır.
Şumer sənətkarlığına məxsus ... çox məşhurdur.
Qədim şumerlər yazını kəşf edərək ... üzərində yazırdılar.
Misirdə keramika məmulatlarını ... ilə bəzəyirdilər.
Öyrəndiklərinizi yoxlayın
1. Keramikanın hansı növləri var?
2. Keramikanı daha harada tətbiq etmək mümkündür?