Təsviri sənət... Biz onunla mütamadi olaraq rastlaşırıqmı, o, həyatımızda hansı yeri tutur?
Təsviri sənət əsərlərini rəssam yaradır. Rəssamlıq - sənətdir, bu sənətlə məşğul olan insana rəssam deyilir, bəzən o, “sənətkar” da adlandırılır. Öz işini ustalıqla görən şəxsə də “sənətkar” deyilir. Rəssamın fəaliyyəti isə yaradıcılıq adlanır.
İbtidai dövrlərdə yaranan belə yaradıcılıq fəaliyyətləri müxtəlifdir və onlar təsviri sənətin növləri adlanır.
Qrafika — mağara divarında və qaya üzərində kömürlə rəsm çəkilərkən,
daşla cızılarkən yaranıb.
Rəngkarlıq — mağara divarı üzərindəki təsvirləri boyayarkən yaranıb.
Heykəltəraşlıq — daşdan, sümükdən, ağacdan fiqurlar yonularkən
yaranıb.
İbtidai dövrlərdə yaranan təsviri sənətin növləri
Memarlıq — qədim insanın özünə sığınacaq tikdiyi, ocaq yeri qurduğu zamandan yaranıb.