Misir dulusçuluq sənəti daha rəngarəng idi. Burada dulusçular çiy gili cızaraq keramika* məmulatları üzərinə müxtəlif naxışlar salır və ya çəkilmiş rəsmlərə əlvan rənglər vururdular.
Qədim Misirin dulusçuluq məmulatları
Müxtəlif formalarda, simmetrik şəkildə saxsı məmulatlar hazırlamaq imkanı verən dulus çarxı qədim dünyanın ən yüksək nailiyyətlərindəndir.
Burada sənətkarlar müxtəlif qabları fərqli motivli süjetlərlə bəzəməyi öyrənmişdilər. Naxışlar arasında həndəsi, nəbati - ağac və üzüm salxımlı budaqlar, quş və qaçan heyvan təsvirlərinə tez-tez rast gəlmək olar.