Sənətkarın yaradıcılığında yalnız əmək və məişət əşyaları deyil, elm və incəsənətə həsr edilmiş natürmortlar da xüsusi yer tutur. “Təsviri sənət atributları ilə natürmort” əsərində o, rəssam peşəsini, yaradıcılıq fəaliyyətini vəsf etmişdir. Bu əsər XVIII əsrdə Sankt-Peterburq şəhərindəki Rəssamlıq Akademiyası üçün çəkilmişdir.