Tondo* forması tablodakı mənzərə və obrazın vahidliyini təmin eməklə
yanaşı, bütövlükdə əsərin görünüşünə ahəngdar ruh verir.
Intibah dövrünün sənətkarları dünyanın bütövlüyünü, dolğunluğunu
ifadə edən tondo formasına tez-tez müraciət etmişlər.
Otuz yeddi il ömür yaşayan Rafael Santinin rəngkarlıq sənətinə gətirdiyi yenilik - ülvi gözəllik, ideal və xeyirxah insan obrazıdır.