Sərbəst iş üçün tapşırıqlar (rəngli karandaşlar, flomasterlər).
Yoldaşlarınızla bərabər sütunlar cərgəsindən ibarət panno hazırlayın.
Öz sütun variantınızı çəkərkən təbiət formalarına, milli və dünya ornament
nümunələrinə müraciət edə bilərsiniz. Ornament motivləri
təbiət formalarına bənzəyə bilər. Qədim dünyanın ornamental incəsənətinə
də müraciət etmək olar. Sütunları çəkin, sonra onları kəsərək
ümumi pannoya yapışdırın.
Dorik, ionik və korinf sütunların kapitellərini çəkin.
Kapitellərin təsvir ardıcıllığı
Nə öyrəndiniz
Açar sözlər Kapitel
Dorik sütun
İonik sütun
Korinf sütunu
Qədim yunan memarlığında üç sütun növü mövcud
idi: ... , ... , ... . Sütunların tac hissəsi ... adlanır.
Kapiteli spiralvari formanı xatırladan sütun ...
adlanır.
Öyrəndiklərinizi yoxlayın
1. Sütunların hansı növləri mövcuddur?
2. Sütunların bəzədilməsində hansı təbiət formalarından istifadə olunmuşdur?