Qədim yunan memarlığında tikililərin əsas bəzək elementi sütun sayılırdı və onların üç növü mövcud idi: dorik sütun, ionik sütun və korinf sütun. Onların gövdəsi kannelürlə* - şaquli novçalarla bəzədilirdi.
Dorik sütun sadə və nəhəng gövdəli olur. Sütun yuxarıya doğru daralaraq kəsilmiş konusu xatırladır və kapitellə tamamlanır. Dorik sütunun bazası olmur.
Parfenon məbədi.
Afina
İonik sütunun kapiteli spiralvari formada, gövdəsi incə və uzun olur, novça ilə bəzədilir. İonik sütundakı novçalar dərin olur.
Erexteyon məbədi.
Afina. Fraqment