Bilirsinizmi? Qədim Babildə (qədim akkad
dilində “Babili” - Tanrının darvazası
deməkdir) şəhər darvazalarının üzərini 120
dekorativ “yırtıcı” bəzəyirdi. Onlar şəhərin
müdafiə simvolları sayılırdı.
Fiqurların fonundakı göyümtül-zümrüdü
rəng şəhəri bədnəzərdən qorumaq üçün
nəzərdə tutulmuşdu.
Bəşəriyyətin ilkin inkişaf dövründə yaranan ornamentləri birləşdirən əsas cəhət onların rəngarəngliyi, estetik və emosional xüsusiyyətlərə malik olmasıdır.
Bakı şəhərindəki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini bəzəyən dekor - ornamental sənətin ən gözəl nümunələrindən biridir.
Muzeyin interyerini xalça kimi örtən, milli naxış elementlərindən ibarət gips bəzək elementləri ornament ustası Lətif Kərimov tərəfindən hazırlanmışdır.
Rəssam muzeydəki dərin divar rəflərini tağlara oxşadaraq ornamental oymalarla “bəzəmişdir”.