Qədim insan dünya haqqında təsəvvürlərini müəyyən işarələrlə ifadə edirdi: dairə - Günəşi, üçbucaq - dağları, spiral - inkişafı və hərəkəti, kvadrat və romb isə torpaq mənasını bildirirdi.
Tarixboyu dünya xalqlarının mədəniyyətində müxtəlif ornamentlərdən istifadə olunub. Hər bir xalqın özünəməxsus ornamentləri və onların rəmzi mənaları mövcuddur.
Ritmik təkrarlanan elementlərdən ibarət naxışa ornament deyilir. Motiv - ornamentin bir hissəsi, əsas elementidir. O, bütöv tamlıq təşkil edən bir və ya bir neçə elementdən ibarət ola bilər. Motivindən asılı olaraq ornament növlərə ayrılır:
Nəbati ornamentdə — stilizə edilmiş bitkilər aləmindən ibarətdir: gül-çiçək, yarpaq, meyvə və giləmeyvələr.
1. Afina Akropolunu bəzəyən mərmər palmetta*.
2. Qədim Roma kapitelində* ayıpəncəsi yarpağı.
3. Həyat ağacı. Bizans relyefləri.
4. Assizidə Müqəddəs Pyotr kilsəsində “roza*”