Memar Sinan Şərq memarlığında yeni bədii üslub yaratmışdır.
Onun boz daşlardan tikilmiş memarlıq əsərləri - həndəsi formalarında
məntiqi uyğunluq, xaricdən əzəmət, daxildən isə zənginlik
və rəngarənglik aşılayan məscidlərdir.
Öyrəndiklərinizi tətbiq edin
Sərbəst iş üçün tapşırıq (rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər).
1. Şərq memarlıq üslubuna dair məscid nümunəsinin eskizini çəkin. İri
və kiçik günbəzləri, hündür minarələri unutmayın. Məscidi landşafta
uyğun elə yerləşdirin ki, ətrafındakı digər tikililərlə ahəngdarlıq yaratsın.
2. Memar Sinan və onun memarlıq əsərləri haqqında əlavə məlumat toplayın
və təqdimat hazırlayın.
Nə öyrəndiniz
Açar sözlər Landşaft
Məscid
Memarlıq abidələri ... , yəni yer səthinin ayrılmaz
hissəsidir. Qədimdə hökmdarlar öz adlarını tarixdə
əbədiləşdirmək üçün ... tikdirirdilər.
Öyrəndiklerinizi yoxlayın
Memar Sinan hansı yeni bədii üslub yaratmışdır?
Qədim Şərq memarlığı Qədim Misir və Roma memarlığından nə ilə fərqlənir?