Memarlıq abidələri - binalar, ansambllar açıq məkanı təşkil edən tikililərdir. İstənilən memarlıq tikilisi öz-özünə mövcud deyil. O, landşaftın*, yəni yer səthinin ayrılmaz hissəsi olaraq, digər tikililərlə həmahəng görünməlidir. Belə tikililərdən biri də möhtəşəm Süleymaniyyə məscididir*.
Şərq memarlığının incisi sayılan bu məscid Türkiyənin İstanbul şəhərində, yeddi təpədən birinin üzərində inşa edilib.
Avropada Böyük Süleyman kimi tanınan Osmanlı sultanı Süleyman Qanuni öz adını tarixdə əbədiləşdirmək üçün məscid tikdirmək əmri verir. Tikintini həyata keçirməyi isə o zamanlar məşhur və istedadlı saray memarı ustad Sinana tapşırır.
Böyük memar işə başlamazdan əvvəl İstanbulun Aya-Sofya məbədinin quruluş prinsiplərini öyrənir, bu tikilinin elementlərini əsas götürərək öz əlavələrini edir.
Süleymaniyyə məscidinin günbəzin öz diametrinin böyüklüyü ilə İstanbul məscidləri arasında seçilir.