Mikelancelo Buonarroti (1475—1564)
Dahi heykəltəraş, rəssam, memar və şair İtaliyanın Kapreze
şəhərində aristokrat ailəsində dünyaya göz açmışdır.
O, 13 yaşından İtaliyanın ən mahir sənətkarlarından biri
sayılan Domeniko Girlandayonun emalatxanasında təhsil
almışdır.
Mikelancelo böyük Leonardo və Rafael kimi dahi sənətkarlarla
bir sırada dayanır.
Onun mərmərdən yaratdığı məşhur “David” heykəli İtaliyanın Florensiya şəhərindədir. Hündürlüyü 5 metr olan bu əzəmətli heykəl ağ rəngli, bütöv mərmər parçasından yonulmuşdur. Əvvəlcə naşı heykəltəraş tərəfindən yonulmuş mərmər parçası sənətkara təqdim olunmuşdu. Bu “nəhəngi ram etməyə” yalnız Mikelancelonun gücü çatardı. Dahi sənətkar 88 yaşında vəfat etmiş və Florensiyanın Santa-Kroçe kilsəsində dəfn olunmuşdur.
“David”. Mərmər (fraqment). 1501-1504.
Zərif Sənətlər Akademiyası, Florensiya
İtaliya İntibah dövrünün yekun mərhələsində yaradıcılığı ilə parlaq iz buraxan dahi heykəltəraş Mikelancelo Buonarotti Avropa incəsənətinin inkişafında mühüm rol oynamışdır.
Heykəltəraşlıqda heyvan təsvirləri ibtidai icma dövründən başlayaraq yaradılır. Qədim Misir və Mesopotamiyanın heyvan fiqurları bizi öz təbiiliyi və sənətkarlarının məharəti ilə təəccübləndirir. Animalistika janrında* əsərlər bu gün də təsviri sənətin bütün növlərində yaradılır.
Qədim dünyanın animalistika janrı