Təbiətdə də “dəyişməz”, özünəməxsus rənglər mövcuddur. Adətən, ot -
yaşıl, səma - mavi, yerkökü isə narıncı rəngdə olur. Lokal rəng* adlanan
bu rənglərin müxtəlif çalarları da mövcuddur (c).
Diqqətlə baxdıqda, otdakı yaşıl rəngin müxtəlif çalarlarını görmək və
onların günəş şüaları altında “isindiyini”, kölgədə isə “soyuduğunu”,
göyümtül rəngdə olduğunu hiss etmək olar.
Yaratdığı əsərin rəng düzümü rəssamın rəngi hiss etmək, duymaq bacarığından asılıdır. Qeyri-adi rəng duyumuna malik, Azərbaycan rəngkarlıq məktəbinin istedadlı qadın sənətkarı Vəcihə Səmədovanın yaradıcılığı məhz bu cəhəti ilə seçilir.
Mahir kolorit ustası bütün əsərlərində əlvan, dolğun
rənglər ona hər bir obraz və ya mənzərə təsvirində
həyatı daha inandırıcı ifadə etmək imkanı verirdi.
Kontrast rənglərlə işləmək bacarığı, kontrast
çalarları uyğunlaşdırmaq məharəti onun yaradıcılığının
səciyyəvi əlamətləridir.
Sənətkarın yaratdığı əsərlərdə əsas qəhrəmanlar -
pambıqyığan, kəndli, aktrisa və digər qadınlar idi.
Kətan üzərindəki bu simaların özünəməxsus görünüşü, xarakteri,
taleyi həssas rəssam fırçası ilə məharətlə təsvir olunmuşdur. Onun
“İntizar”, “Kür sahilində”, “Geoloq Minurə Məmmədbəyli”, “İmtahanqabağı”,
“Xəmiryayan qadın”, “Göygöl”, “Toya hazırlıq” kimi
əsərlərində belə surətlərlə qarşılaşırıq.
Bu gün Bakının mərkəzində yerləşən sərgi salonlarından biri Vəcihə Səmədovanın
adını daşıyır.
Kolorit - təsviri sənət əsərində rəng ahəngdarlığı. Xarakterinə görə isti,
soyuq, sakit, gərgin, açıq, yaxud tünd və s. ola bilər.
Lokal rəng - kənar təsirlər nəzərə alınmadan, hər hansı bir əşyanın əsas rəngi.