Biz dünyanı rəngli görürük. Rəng çox qüvvətli təsir gücünə malik təbiət hadisəsi olduğu üçün onu bir çox elmlər araşdırır. Rəng haqqında bütün bilikləri cəmləşdirərək sistemləşdirən və öyrənən elm - rəngşünaslıq adlanır.
Rəssamların “rəng dünyası” - təbiətdə və həyatdakı hadisələr, hiss və gözəllik haqqında təsəvvürləridir. Rəng insan əhvalına, hislərinə təsir edir. Qədim xalqlar rəngin simvolik məna daşıdığına inanmış və onun təsirinə böyük əhəmiyyət vermişlər.