Nəhəng ölçülü təsvirlər - monumentallıq Qədim Misir rəngkarlığına xas xüsusiyyətlərdəndir. Belə təsvirlərdə istifadə olunan rənglər müxtəlif süxurlardan, ağac, əhəng, daş kömür, dəmir və mis kimi təbii materiallardan alınırdı.
Qədim Misir rəngkarlığı xüsusi qaydaya malik idi: təsvirlərdəki heyvan, insan və tanrı fiqurlarının başı, əl və ayaqları profildən*, gövdənin yuxarı hissəsi isə anfasdan* təsvir olunurdu. Onlar relyef təsvirlərdə də xüsusi rəmzi məna daşıyan — sarı, qəhvəyi, yaşıl və mavi rənglərdən istifadə edirdilər.
Qədim Misirin divar rəngkarlığı, fraqment
Qədim yunan rəngkarlığında təsvirlərə
həcm verilməsində işıq-kölgədən
istifadə olunmuşdur. Bu üsul dünyada
rəngkarlığın inkişafına böyük
təsir göstərmişdir.
Qədim yunan mozaikalarında* rəngli
saxsı parçaları və xırda daşları düzən
sənətkarlar işıq-kölgədən məharətlə
istifadə edərək dəyərli rəngkarlıq
əsərləri yaratmışlar.
Qədim yunan mozaikası. Makedoniyalı
İsgəndər döyüşdə. Fraqment