Qələm və ya karandaşla çəkilmiş rəsm, əsasən, müxtəlif xətlərdən ibarətdir. Xətt - təsviri sənətdə qrafikanın “dili” sayılır və “xarakterinə” görə fərqlənir. Rəsm əsərlərində rəssamın nə demək istədiyi xətlə ifadə olunur. Xətti seyr edən insan onları rəmzi işarə kimi qavrayır.
Dahi rəssamın əsərində xəttin ifadə imkanları
“Mənzərə”. Vinsent van Qoq
a Yuxarıya doğru uzanan şaquli xətlər yüksəklik hissini ifadə edir.
b Tikan kolları iti, qırıq xətlərlə təsvir edilmişdir.
c Uzaqlara “qaçan” maili xətlər hərəkət, yaxud istiqamət hissi yaratmaqla təsviri canlandırır.
d Üfüqi xətlər sanki sakitlik hissi yaradır.
Əşyanın konturu, yəni kənarı xətlə işarə edilsə də, əslində, naturada belə bir cizgi yoxdur. Təsvirdə xətt - işarə hesab edilir. O, şərtidir və formanı ifadə etmək üçün düşünülüb. Axı hər bir hərf də xətlərdən ibarətdir.