2. RƏSM — TƏSVİRİ YARADICILIĞIN ƏSASIDIR
İncəsənətə dair dialoq
- Rəssamların karandaş, kömür, flomaster, qələm və ya tuşla çəkdikləri
təsvirlər necə adlanır?
Qrafik materiallarla (karandaş, kömür, flomaster, qələm və ya
tuş) çəkilən təsvirlər rəsm adlanır. Bu təsvirlər həm də “qrafik əsərlər"dir.
Rəssam - tablonu, heykəltəraş - heykəli yaradarkən, memar
isə inşa edəcəyi tikilinin layihəsini hazırlayarkən işə rəsmdən
başlayır. Rəsmin müxtəlif növləri mövcuddur:
Qaralama* — qısa müddətdə çəkilmiş
rəsmdir. Əsas məqsəd - naturanın
xarakterik xüsusiyyətlərini tez
bir zamanda ifadə etməkdir. Ustad
rəssamların qaralamalarında ifadə
üslubu yüksək olduğu üçün onlar
bədii sənət əsərləri kimi qorunub
saxlanılır.
Eskiz* — bədii əsərin ideyasını
müəyyən edən ilkin rəsmdir. Eskizlərdə
yaradılacaq əsərin kompozisiya
quruluşu, məkan, plan,
əsas rəng nisbəti göstərilir.
Leonardo da Vinçinin qrafik rəsmləri
“Oturan
qoca”.
Qaralama.
Kağız, tuş,
qələm
“Əl və barmaqlar”.
Eskiz. Açıqçəhrayı
kağız,
gümüşü
və ağ rəngli
karandaşlar
Qaralama — rus dilində “набросок”, ingilis dilində “draft” adlanır.
Eskiz — fransız dilində “esquisse”, ingilis dilində “sketch” adlanır.