-
İfadə qurun:
a) 7 və (-20) ədədlərinin cəminə 18 əlavə edin;
b) -10 və (-27) ədədlərinin cəminə (-75) əlavə edin;
c) -99 və (-101) ədədlərinin cəminə 89 əlavə edin;
ç) 1092 və (-60) ədədlərinin cəmini (-1092) ədədi ilə toplayın.
-
Kassada 5000 man. pul vardı. Gün ərzində kassir müştərilərdən pul qəbul edərək
və onlara pul qaytararaq aşağıdakı qeydləri etdi: -120, -300, 450, 346,
-1200, 658. Günün sonunda kassada neçə manat oldu?
-
Dalğıc 34 m dərinliyə endi. Suyun altında qaldığı zaman ərzində o, 6, 12, -17,
-3,20, -5 kimi şaquli yerdəyişmələr etdi. Son anda dalğıc hansı dərinlikdə oldu?
-
a = -42 və b = 87 olarsa, aşağıdakı ifadələrin qiymətini tapın:
a) a + b;
|
b) |a| + b; |
c) a + |b|; |
ç) |a| + |b|; |
d) |a + b|. |
-
Verilənlərə əsasən |x + y | + x ifadəsinin qiymətini tapın:
a) x = 77; y = -89;
b) x = -100; y = -673;
c)x = -9,09; y = 20,1.
-
a) m = -64 və n = 10; b) m = -233 və n = -335 olarsa,
|m + n| və |m| + |n| ifadələrin qiymətini müqayisə
edin.
|m + n| = |m| + |n| olması üçün m və n
ədədləri hansı şərti ödəməlidir?
-
Modellərə əsasən ədədi ifadə qurun (1 bölgü 1 vahid götürülür):
-
İki ədədin cəmi nə zaman onların modulları cəmindən kiçik olar? İki ədədin
cəmi nə zaman onların modulları cəmindən böyük olar?
-
Cəmi tapın:
a) (-2) + (-5) + (-9) + 4 + 5 + 8;
b) (-6) + (-7) + (-12) + 14 + 15 + 23;
c) 1 + (-2) + (-8) + 6 + (-9) + (-4) + 5 + 21;
ç) 20 + (-19) + 34 + (-22) + 45 + (-10).
-
a) -1001 və 1001; b) -493 və 502; c) -100 və 140;
ç) -130 və 170 arasında yerləşən bütün tam ədədlərin cəmini tapın.
Göstəriş: Əks ədədlər toplandıqdan sonra qalan ədədlərin cəmini tapmaq üçün
onların artan sıradakı düzülüşündə ortadakı ədədi bu ədədlərin sayına vurmaq
lazımdır. Əgər qalan ədədlərin sayı cüt olarsa, onda ortada duran iki ədədin
ədədi ortasını bu ədədlərin sayına vurmaq lazımdır.