Ədəd oxu üzərində “-3” ədədindən 4 vahid sola doğru hərəkət edilərsə, “-7” ədədi alınar. Eyni qayda ilə “-39” ədədindən 6 vahid solda “—45” ədədi yerləşir. Ədəd oxunun köməyi ilə bu iki mənfi ədədin cəmini modelləşdirək:
Mənfi ədədləri toplayarkən onların modulunu toplayıb qarşısına mənfi işarəsi yazmaq lazımdır.
Nümunə: a) (-99) + (-21) = -(99 + 21) = -120;
b) (-211) + (-58) + (-89) + (-42) = -(211+89+58+42) = -(300 +100) = -400;
c) (-292) + (-139) = -(292 + 139) = -431.
Toplamanın yerdəyişmə və qruplaşdırma xassələri mənfi ədədlər çoxluğunda da doğrudur.
a) |
(-8) + (-3); (-14) + (-13); (-100) + (-150); |
b) |
(-12) + (-21); (-43) + (-56); (-59) + (-41); |
c) |
(-19) + (-801); (-103) + (-307); (-86) + (-8); |
a) (-364) + (-78);
c) (-65346483) + (-89573453);
b) (-600) + (-400);
ç) (-20009909) + (-87461191).
a) (-4633) + (-3400) + (-1367);
c) (-8083) + (-4517 ) + (-1000);
b) (-30084) + (-3214) + (-6786);
ç) (-56560923) + (-33439007) + (-87461191) + (-12538809).