Mötərizəsiz yazın: a)-(-45); b)-(90); c) (-4); ç)-(-12); d)-(76).
Nöqtələrin yerinə uyğun gələn sözü yazın:
a)
a ədədi müsbət ədəd olarsa, -a ... ədəddir;
b)
m mənfi ədəd olarsa, -m ... ədəddir;
c)
k müsbət ədəd olarsa, -(-k) ... ədəddir;
Satış müəssisəsi 300 man.-a, 250 man.-a, 185 man.-a, 137 man.-a və 450 man.-a beş xalça aldı və
onları uyğun olaraq 350 man.-a, 230 man.-a, 240 man.-a, 150 man.-a və 400 man.-a satdı. Bu
xalçaların satışından əldə olunan gəlir və ya ziyanı hesablayın, nəticəni müsbət, mənfi ədədlərlə
ifadə edin.
Sualtı qayıq şaquli istiqamətdə əvvəlcə 25 m, sonra daha 40 m dərinliyə endi, sonra 30 m yuxarı
qalxdı. İndi sualtı qayıq hansı dərinlikdə yerləşir? Cavabı “-” işarəsinin köməyi ilə yazın.
Nöqtələrin yerinə hansı ədədi yazsaq, doğru bərabərlik alınar:
a)-(...) = -34;
ç)-(...) = -63;
b)-(...) = 34;
d) (...) =-34?
c)-(...) = -90;
Verilmiş ədədə bərabər ədədi yazın:
a)-(-(5));
b)-(-(-46));
a) n = 71; 0; -53; -1; -100 olarsa, -n-i;
b) m = -17; -6; 31 olarsa, -(-m)-i tapın.
Termometr -2°C göstərirdi. Gün ərzində o, 5°C düşdü və 7°C qalxdı. Günün sonunda havanın
temperaturu
neçə dərəcə oldu?
Həftənin bazar ertəsi havanın temperaturu 12 °C idi. Temperatur hər növbəti gün 2 °C qalxarsa,
şənbə
günü temperatur neçə dərəcə olar?
Verilmiş nöqtələri ədəd oxu üzərində qeyd edərək bu nöqtələr arasındakı məsafənin neçə vahid
olduğunu müəyyən edin:
a) A(3) və B(-2); b) M(6) və N(-6); c) K(l) və P(-4); ç) C(-3) və D(-1)
a) Koordinat başlanğıcından A(-8), B(-21), C(-ll), D(12), K(18) nöqtələrinə qədər məsafənin neçə
vahid olduğunu müəyyən edin;
b) A(-3), B(-10), C(-12), D(12), K(9) nöqtələri verilmişdir. Onları ədəd oxu üzərində qeyd edin
və
iki ən uzaq nöqtə arasındakı məsafənin neçə vahid olduğunu müəyyənləşdirin.