3.2.
Ədəd oxu
Üzərində hesablama başlanğıcı (koordinat başlanğıcı), vahid parça və istiqamət verilmiş düz xətt ədəd
oxu (koordinat düz xətti) adlanır. Koordinat başlanğıcı, əsasən, O hərfi ilə işarə edilir. Ədəd oxu
üzərində istənilən ədədə uyğun nöqtə qeyd etmək mümkündür. Hər nöqtəyə uyğun ədəd onun koordinatı
adlanır.
Ədəd oxu üzərində O nöqtəsindən sağda yerləşən nöqtələrin koordinatı müsbət, solda yerləşən nöqtələrin
koordinatı isə mənfi ədədlərdir və onlar şəkildə göstərildiyi kimi düzülür. Verilmiş nöqtələrin
koordinatı:
0(0), A(3), B(6), C(11), D(-4), E(-7), K(-9) kimi yazılar.
Çalışmalar
-
Ədəd oxu üzərində verilmiş nöqtələrin koordinatını yazın:
-
Ədəd oxu üzərində verilmiş nöqtələrin koordinatını yazın:
-
Vahid parçanı 2 dama seçərək ədəd oxu üzərində koordinatı verilmiş nöqtələri qeyd edin.
A(-2); B(2); C(-4); K(-6); M(4); H(-l); P(-3); F(5,5); E(-3); D(2,5).
-
Aşağıda verilən ədədlərdən əvvəl və sonra gələn bir neçə ədəd yazın:
a) 0; b) —5; c) 1; ç) 13;
d)-1; e)-11; ə)-13?
-
Verilmiş ədədlər hansı tam ədədlər arasında yerləşir?
2,3; -5; 3,6; 4,1; -1;
3,2; 7; 1; 0; -6;
6,5.
-
a) -5 və 5; b) 0 və 12; c) -9 və 0; ç) -15 və -7 arasında yerləşən natural ədədləri yazın (əgər
varsa).
-
Havanın temperaturunu “+” və işarələrinin köməyi ilə göstərin:
a) 25 dərəcə isti; b) 3 dərəcə şaxta; c) 15 dərəcə şaxta; ç) 5 dərəcə isti.
-
Nöqtələrin yerinə uyğun gələn sözü yazın:
a)
əgər a ədəd oxu üzərində 0-dan solda yerləşirsə, onda -a... yerləşir;
b)
əgər a ədəd oxu üzərində 0-dan sağda yerləşirsə, onda -a... yerləşir