Araşdırma: | 30%-li 600 q duzlu su məhluluna nə qədər su əlavə etmək lazımdır ki, 20%-li məhlul alınsın? |
Həlli: Məhlula qatılan suyun kütləsini x ilə işarə etsək, məhlulun kütləsi 600 + x olar.
Tənasüb quraq:
Göründüyü kimi, məhlulun kütləsi artdı, lakin
duzluluq faizi azaldı. Buna baxmayaraq, məhlulda duzun miqdarı dəyişmədi. Tərs mütənasiblikdən
istifadə edərək yazırıq:
600 : (600 + x) = 20 : 30
600 • 30 = (600+x) • 20
600 + x = 18000:20
600 + x = 900
x = 300
300 q 15%-li şəkər məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, məhlul 20%-li olsun?
80 q 2 %-li yod məhluluna nə qədər 5 %-li yod məhlulu əlavə etmək lazımdır ki, məhlul 3 %-li olsun?
30 l 20%-li duz məhlulu ilə 20 l 30%-li duz məhlulu qarışdırıldı. Alınan məhlulun qatılığı neçə faiz olar?
Şəkil 1-ə əsasən məsələ qurun və həll edin.
500 q 40 %-li spirt məhlulundan nə qədər su buxarlandırmaq lazımdır ki, 50 %-li spirt məhlulu alınsın?
70 %-li yod məhlulunun üzərinə, bu məhluldan 60 q az olan 45 %-li yod məhlulu əlavə etdilər və 65 %-li 100 q yod məhlulu alındı. 70 %-li məhlulun kütləsi nə qədərdir?