Araşdırma:
|
19 l suya 1 kq duz qatıldı. Alınan məhlulun duzluluq faizi nə qədərdir?
(1 l suyun kütləsini 1 kq-a bərabər götürün).
|
Həlli:
|
19 kq + 1 kq = 20kq - məhlulun kütləsidir. Məhlulun duzluluq faizini tapmaq
üçün duzun kütləsini məhlulun kütləsinə bölüb alınan ədədi faizə
çevirmək lazımdır: 1 20 = 0,05 = 5%.
|
Cavab: Məhlulun duzluluğu 5%-dir.
Məhlulun 5%-i duzdur. Bu o deməkdir ki, məhlulun 100 q-da 5 q duz var.
Çalışmalar
-
Məhlulun duzluluq faizi 20%-dir. 120 q məhlulun tərkibində neçə qram duz var?
-
380 q məhlulun 68,4 q-ı, 420 q məhlulun isə 96,6 q-ı duzdur. Hansı məhlulun
duzluluq faizi çoxdur və nə qədər?
-
280 kq metalın 98 kq-ı, 220 kq metalın 88 kq-ı misdən ibarətdir. Hansı metalda
olan misin faizi daha aşağıdır?
-
160 q kakao ilə 50 q şəkər tozunu qarışdırdılar. Qarışığın neçə faizini kakao və
neçə faizini şəkər tozu təşkil edir?
-
Məhlulun 40%-ni spirt təşkil edir. 280 l məhlulun tərkibində nə qədər spirt var ?
-
Ariflə Məmmədin arasında mübahisə başladı. Arif dedi ki, 244 q məhlulda
təqribi 29 q duz var. Məmməd Arifin səhv etdiyini, məhlulda təqribi 30 q duz
olduğunu dedi. Məhlulun duzluluğu 12%
olarsa, onlardan hansı daha dəqiq nəticə əldə
edib?
şəkil 1
-
568 q təmiz suya 300 q duz qatıldı. Alınan
məhlulun qatılığı neçə faizdir?
-
128 l 15%-li duz məhluluna 100 l su əlavə
etdilər. Alınan məhlulun qatılığını tapın.
-
Şəklə əsasən məsələ qurun və həll edin
(şəkil 1).