Novruz bayramı ərəfəsi bir çox mağazalarda uşaq ayaqqabılarının qiymətlərinə
endirimlər edildi. Şərtlərə əsasən hansı mağazadan alış-veriş etməyin sərfəli olduğunu
müəyyən edin:
a) I mağazada əvvəlki qiymətin 1 3-i qədər, II-də
30%;
b) I mağazada əvvəlki qiymətin 1 4-i qədər, II-də
25%;
c) I mağazada əvvəlki qiymətin 1 5-i qədər, II-də
15%.
Sahibkar hər birinin maya dəyəri 500 man.-a olan 100 televizor aldı. Bu televizorlardan
25%-ni 20% gəlirlə, 40%-ni 25% gəlirlə, qalanını isə 10% ziyanla
satdı. Sahibkarın televizor satışından nə qədər xeyir və ya ziyan etdiyini
müəyyən edin.
Təranə moda jurnalına baxarkən bir paltarın tikilişinə 28 man., başqa bir paltarın
tikilişinə isə 32 man. lazım olduğunu müəyyən etdi. Əgər Təranə birinci
paltarı tikdirsə, ikinci paltara nisbətən neçə faiz az pul sərf etmiş olar?
300 ədədini 15% artırıb alınan ədədi 20% azaltdılar. Alınan ədədin əvvəlki
ədəddən böyük və ya kiçik olacağını müəyyən edin.
Mebelin qiyməti 3000 man. idi. Onun qiymətini 10%
aşağı saldılar. Mebelin qiyməti neçə manat azaldı?
Şəkillərə uyğun məsələ tərtib edin və alınmış məsələləri
həll edin: