-
Bir kvadratın sahəsi digərinin sahəsinin 75%-ni təşkil edir. Böyük kvadratın
sahəsi kiçiyin sahəsinin neçə faizini təşkil edir?
-
2012-ci ildə Azərbaycanın 9 milyon əhalisi vardı ki, onlardan 3 milyonu
şəhərlərdə yaşayırdı. Əhalinin neçə faizi kənddə yaşayırdı?
-
a) 120°-li bucağa uyğun dairə hissəsinin sahəsi dairənin sahəsinin neçə faizini
təşkil edir (şəkil 1)?
b) rənglənmiş hissə kvadratın sahəsinin neçə faizini təşkil edir (şəkil 2)?
-
Samir 340 səhifəlik kitabın 250 səhifəsini oxudu. Samir kitabın neçə faizini
oxudu? Kitabın neçə faizi oxunmamış qaldı?
-
Gülayın 26 man. pulu vardı. O, pulunun yarısına anası üçün gül aldı. Gülay
pulun neçə faizini xərclədi?
-
Səsvermə zamanı 250 nəfərdən 180 nəfəri namizədin lehinə səs vermişdir.
Səsvermədə əleyhinə səs verənlərin faizini müəyyən edin.
-
Qış tətili müddətində Əhməd riyaziyyatdan 120 tapşırıq yerinə yetirdi.
O, 20 tapşırığın həllində səhv etdi. Əhməd tapşırıqların neçə faizini doğru həll
etmişdir?
-
Sinifdə olan oğlanların sayının qızların sayına nisbəti 3 : 2 kimidir.
a) Sinfin hansı hissəsini və neçə faizini oğlanlar təşkil edir?
b) Sinfin hansı hissəsini və neçə faizini qızlar təşkil edir?
-
a ədədi b ədədindən 20% azdır, b ədədi a ədədindən neçə faiz
çoxdur.
-
Sinifdəki 32 şagirdin 18-i əlaçıdır. Bütün şagirdlərin neçə faizi əlaçıdır?
-
a ədədi b-nin 40%-i, b ədədi isə c-nin 30%-idir. a
ədədi c-nin neçə faizidir?
-
a ədədi b-nin 15 %-i, c ədədi isə d-nin 40%-idir. ac
hasili
bd-nin neçə faizidir?