c) həqiqi ölçüsü 600 km olan məsafə xəritədə 3 sm-ə uyğun olarsa, miqyası
təyin edin.
-
a) Bakı şəhərindən Gəncə şəhərinə qədər olan məsafə 365 km-dir. Miqyası
1 : 5000000 olan xəritədə bu məsafə nə qədər olar?
b) həmin xəritədə Bakı ilə Mingəçevir arasındakı məsafə 6,5 sm-dir. Həqiqətdə
bu məsafə nə qədərdir?
c) xəritədə Bakı və Gəncə arasındakı məsafə 25 sm olarsa, xəritənin miqyası
nə qədərdir?
-
Praktik iş: Hər hansı bir xəritə götürün. Onun üzərində ixtiyari iki nöqtə arasındakı
məsafəni xətkeşlə ölçərək miqyasa görə həqiqi ölçünü təyin edin.
- Miqyası 1 : 50000 olan xəritədə iki nöqtə arasındakı məsafə 5 sm-dir. Həmin
nöqtələr arasındakı məsafəni miqyası: a) 1 : 125000; b) 1 : 20000 olan xəritələrdə
təyin edin.
-
Planla iş: Şəkildə mənzilin
planı verilib. Miqyas 1 : 250-
dir.
Mətbəxin, otaqların və bütün
mənzilin sahəsini hesablayın.
-
Praktik iş: Yaşadığınız mənzilin
1 : 200 miqyasında planını
çəkin.
-
Şəkildə verilmiş fiqurları bundan iki dəfə böyük miqyasda çəkin:
-
Şəkil 2-də təsvir olunan evin qapısının hündürlüyünün 2,5 m olduğunu bilərək
evin həqiqi hündürlüyünü təyin edin.