Şəkildə sahənin planı 1 : 200 (birin 200-ə) nisbətində verilmişdir. Bu nisbət planın miqyası adlanır.
Plandakı düzbucaqlının uzunluğu 9,5 sm, eni isə 5 sm-dir. Miqyasa görə, plandakı uzunluğun 1 vahidi obyektin həqiqi ölçüsünün 200 vahidinə bərabərdir. Obyektin həqiqi ölçüsünü tapmaq üçün plandakı ölçüləri 200-ə vurmaq lazımdır: 9,5 sm • 200 = 19 m və 5 sm • 200 = 10 m.
Əgər obyektin həqiqi ölçüləri verilibsə, onun plandakı ölçülərini tapmaq üçün həqiqi ölçüləri miqyasa vurmaq lazımdır.
Beləliklə, biz obyekt və onun təsviri arasında əlaqə yaratdıq.
Təsvirin miqyası təsvirin ölçülərinin onun uyğun həqiqi ölçülərinə nisbətinə bərabərdir.
Miqyas vahiddən kiçik və ya böyük ola bilər. Əgər obyekt kifayət qədər böyükdürsə, onun həqiqi ölçüləri kiçildilərək kağız üzərində yerləşdirilir və miqyas vahiddən kiçik olur. Əgər obyekt çox kiçikdirsə, onun plandakı ölçüləri böyüdülməlidir və bu halda miqyas vahiddən böyük olur.
Nümunə: | Bakı və Moskva arasındakı məsafə 2200 km-dir. Miqyası 1 :10000000 olan xəritədə Bakı və Moskva şəhərlərinə uyğun nöqtələr arasındakı məsafə nə qədər olar? |
Həlli: |
Xəritədə Bakı və Moskva arasındakı məsafə kiçildilmiş olmalıdır. Deməli, həqiqi məsafə 10000000-a bölünməlidir: 2200 km = 220000000 sm 220000000 sm : 10000000 = 22 sm. |
Xəritə ilə iş: