6 traktor sahəni 10 günə şumlayır. 10 belə traktor sahəni neçə günə şumlayar?
15 fəhlə müəyyən işi 12 günə yerinə yetirir. 5 fəhlə həmin işi neçə günə yerinə yetirər?
Bir kiloqramı 12 man. olan 5 kq konfetə verilən pula neçə kiloqram 3 manatlıq konfet almaq olar?
Fərid birinin dəyəri 8 man. olan 18 çanta aldı. O həmin pula birinin dəyəri 12 man. olan neçə çanta ala bilər? Fəridin nə qədər artıq pulu qalar?
Samir beşinin dəyəri 60 qəpik olan 15 dəftər aldı. O həmin pula dördünün dəyəri 80 qəpik olan neçə dəftər ala bilər?
Stansiyadan yükü daşımaq üçün yük tutumu 3,5 t olan 14 maşın lazımdır. Həmin yükü 10 yük maşını ilə daşımaq üçün hər maşınm yükgötürmə qabiliyyəti nə qədər olmalıdır?
Hansı cədvəldə tərs mütənasib asılılığın verildiyini müəyyən edin:
x | 1 | 2 | 9 | 18 |
y | 18 | 9 | 2 | 1 |
x | 2 | 3 | 4 | 6 |
y | 6 | 4 | 3 | 1 |
a | 3 | 6 | 10 | 15 |
b | 20 | 10 | 6 | 40 |
c | 2 | 4 | 5 | 18 |
d | 45 | 25 | 16 | 5 |
Kompüter operatoru əlyazmanın bir səhifəsini 10 dəq. ərzində yazaraq 3 saata işi bitirdi. O həmin əlyazmanın hər səhifəsinə 2 dəq. az vaxt sərf edərsə, onu nə qədər vaxta yazıb qurtara bilər?